Kamilənin toyunda Röya ilə Aygün dalaşdı - ŞOK

Kamilənin toyunda Röya ilə Aygün dalaşdı - ŞOK
10:26 07.06.2012
7223

İyunun 6-da tanınmış teleaparıcı Kamilə Babayevanın toyu olub. Mərasim Kamile xanımın və həyat yoldaşının istəyi ilə qapalı keçirilib. Yəni media təmsilçiləri toya buraxılmayıb. Jurnalistlərə məclisdən geniş reportaj hazırlamağa şərait yaradılmayıb. Amma buna baxmayaraq toydan bir neçə foto-görüntü saytlara yol tapmışdı. Toyda tanınmış müğənnilərdən bir neçəsi iştirak edirmiş. Xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxan da toya oxumaq üçün dəvət alıblarmış. Onlar mahnı ifa etmədən öncə rəqs meydançasında oynayırlarmış. Toyda iştirak edən bir nəfərin musavat.com-a verdiyi ekskluziv məlumata görə, Aygün rəqs edə-edə Röyaya yaxınlaşıb. Əyilib ona nəsə deyib. Bundan sonra dava düşüb. Röya Aygünün saçından yapışıb onu vurmağa başlayıb. Həmçinin Aygün də Röyanın saçına əl atıb. İki tanınmış müğınni sözün əsl mənasında yüzlərlə qonağın gözləri qarşısında saçyoldusuna çıxıblar. Məlumatı verən şəxsin sözlərinə görə onları aralamaq çox çətin olub. Bir neçə dəqiqəlik süpürləşmədən sonra birtəhər müğənniləri ayırmaq mümkün olub. Bu biabırçı səhnəyə şahidlik edən şəxsin saytımıza verdiyi məlumata görə, Röya məclisdən oxumadan yarımçıq ayrılıb. Aygün isə toyda qalıb. O bir neçə mahnı oxuyandan sonra məclisi pərt halda tərk edib. Xatırladaq ki, bu iki müğənni arasında neçə illərdir ki, qalmaqal var. Bir neçə ay öncə isə Aygünlə Röya televerilişlərdən birində barışdıqlarını elan etdilər. Öpüşüb qucaqlaşan iki məşhur müğənni birgə mahnı da oxudular. Amma görünür bütün bunlar görüntü xarakterli olub. İki müğənni arasında dava gizli-gizli davam edirmiş. Mənbəmiz onu da dedi ki, Kamilə Babayeva bu davaya görə bərk dilxor olub. Yaxınları onu sakitləşdirmək istəsələr də onu stresdən çıxarmaq sonadək mümkün olmayıb. Yeni bilgiləri oxucularla paylaşacağıq. Bizi izləyin.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
20:14 21.06.2025
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist