Kamran Ağayev: ''İdman xoşbəxtliyi'' onun üzünə gülmür''

İDMAN
08:21 11.10.2012
1360

"Ötən mövsümün ən yaxşı qapıçısı seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayev deyib.

Ötən mövsümün ən yaxşı qapıçısı seçilən Kamran Azərbaycanda yetərincə peşəkar qapıçıların olduğunu bildirib:

"Düzünü desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım. Çünki, ötən mövsüm zədələrə görə bir qədər yaxşı çıxış edə bilməmişdim. Azərbaycanda yetərincə peşəkar qapıçılar var. Hətta mən deyərdim ki, Avropa səviyyəli qapıçılarımız yetərincədir. Stabil oynamağa çalışmaq lazımdır. Komandam üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəm.Məni bu mükafata layiq görənlərə təşəkkür edirəm və onların etimadını doğrultmağa çalışacağam. Komanda yoldaşım Kamal Bayramov da yetərincə peşəkar qapıçıdır. O, Avropada çıxış etməyə layiq olan futbolçudur. Sadəcə “idman xoşbəxtliyi” onun üzünə gülmür. Kamalın üzərində təzyiqlər çoxdur".

OXŞAR XƏBƏRLƏR