Kamran Ağayev “Mlada Boleslav”dan da qovuldu

Kamran Ağayev “Mlada Boleslav”dan da qovuldu
İDMAN
14:04 06.12.2017
1213

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev klubu "Mlada”dan göndərilib.

 

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Çexiya mətbuatı yayıb.

 

35 yaşlı qolkiperin klubla müqavilə müddəti mövsümün sonuna qədər olsa da, o, komandada cəmi 5 ay qala bilib. Rəhbərliyin bu qərarının səbəbi kimi Kamranın məşqçilər korpusunun ümidini doğrultmaması göstərilib.

 

Çexiya çempionatında cəmi 5, ölkə kubokunda isə 2 matçda çərçivəni qoruyan yığmamızın üzvü passivinə 1 qırmızı vərəqə yazdırıb.

 

Qeyd edək ki, Kamran Ağayev ötən mövsüm "Boavişta”dan ayrıldıqdan sonra iyul ayında "Mlada” ilə müqavilə imzalamışdı.

OXŞAR XƏBƏRLƏR