Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev azerisport.az saytının suallarını cavablandırıb.- Yığmanın Rusiya ilə oyun öncəsi toplanışı necə gedir?- Normal. Uşaqların hamısı böyük istəklə məşq edirlər. Öz klublarında meydana az çıxan futbolçular isə xüsusi çalışırlar.- Siz də onların arasındasız?- Bəli, ilk günlərdə mən də onların sırasında yer alırdım. İndi isə artıq komanda ilə birgə çalışıram. Əsas odur ki, komandada atmosfer çox yaxşıdır.- Berti Foqts özünüzə klub tapmayacağınız halda sizi milliyə çağırmayacağını açıqlamışdı...- Təbii ki, yığmaya hazır futbolçular lazımdır. Buna görə də mən baş məşqçini başa düşürəm. Amma o da bilir ki, mən formamı itirməmək üçün ayrıca çalışırdım.- Bu gün üçün nə dərəcədə hazırsız?- Buna məşqçilər daha doğru cavab verə bilərlər. Hər halda kim hazır olacaqsa, o da oynayacaq.- Amma “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov bəyan edib ki, Anar Nəzirov hazırda yığmaya kömək etməyə tam hazırdır...- Azərbaycanda xeyli yaxşı qapıçı var. Nəzirovla yanaşı, Səlahət Ağayev də milliyə dəvət olunub. Fikrimcə, onlar əsas komandamızda əla rəqabət yaradıblar. Bu qapıçılarla yanaşı, Fərhad Vəliyev də var. Belə rəqabət olmasa, inkişaf mümkünsüzdür.- Belə görünür ki, sizin “Xəzər Lənkəran”la problemləriniz yoluna düşmək üzrədir. Yəqin ki, AFFA prezidenti Rövnəq Abdullayevin “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova məlum müraciətindən xəbərdarsınız...- Bəli. Buna görə AFFA-nın prezidentin təşəkkürümü bildirirəm. Sağ olsun ki, karyeramla maraqlanır. Amma sualınıza konkret cavab verə bilməyəcəm. Çünki hazırda yığmanın düşərgəsindəyəm və klubla bağlı işlərimi müzakirə edə bilmərəm.- Çempionatı izləyirsiz?- Favoritlər hələ ki, ümidləri doğrultmurlar. Amma “Simurq”un indiki liderliyini ədalətli hesab edirəm. Yeni baş məşqçi bu komandada əla atmosfer yaradıb. İndi Zaqatala klubu daha yaxşı oyun sərgiləyir. AZAL və “Sumqayıt” da bu mövsüm yaxşı təsir bağışlayır.- Rusiya ilə oyun öncəsi bu rəqib barədə düşüncələriniz də maraqlıdır...- Rusiya yığması Avropanın ən yaxşı komandalarından biridir. Mənə elə gəlir ki, bu komanda Fabio Kapello ilə Dik Advokatın dönəmindəkindən də güclü təsir bağışlayır. O, hazırda ən yaxşı formada olan futbolçulara güvənir. Onlarla qarşılaşmamız çox çətin keçəcək. Amma bu komandaya sürpriz yaşadacaq gücdə olduğumuzu düşünürəm. Bizə sadəcə rəqibin səhvlərindən yararlanmaq lazımdır.- Sizcə, bizimlə oyundan öncə baş tutacaq Portuqaliya qarşılaşmasının yorğunluğu ruslara əlavə çətinlik yaşada bilər?