"Rəhbərlik olaraq AFFA prezidenti Rövnəq Abdullayevin xahişiylə Kamran Ağayevi komandaya qaytardıq. Lakin sonradan Kamran klubun düşərgəsini müxtəlif bəhanələrlə icazəsiz tərk etdi. Fikrimcə, Kamranın komandanın düşərgəsini icazəsiz tərk etməsi üçün bu bəhanələrin heç birisi yetərli deyildi".
Bu sözləri açıqlamasında "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
T.Nadirov Kamranın yenidən komandaya qaytarılmasının mümkünsüz olduğunu bildirib: "Təbii ki, bu olaydan sonraKamranın komandaya qaytarılması mümkün deyil.Sadəcə, onun hansısa bir komandaya keçidindən söhbət gedə bilər. Kamran Ağayev müqavilə ilə "Xəzər Lənkəran"a məxsusdur və bizim də müəyyən öhdəliklərimiz var ki, onu yerinə yetirməliyik. Bu öhdəliklər FİFA-nın reqlamentində də öz əksini tapıb".