Kamran Əliyev: "Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub"

Kamran Əliyev: "Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub"
SOSİAL
09:31 12.10.2022
110
"Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

"Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.
OXŞAR XƏBƏRLƏR