Kamran Əliyev: “Prezident və Birinci vitse-prezident Perinatal Mərkəzdəki hadisəni nəzarətə götürüblər”

Kamran Əliyev: “Prezident və Birinci vitse-prezident Perinatal Mərkəzdəki hadisəni nəzarətə götürüblər”
SOSİAL
12:33 09.01.2024
135
"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər”.

AZXEBER.COM xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR