Kamran Əliyev üç ölkənin nümayəndə heyəti ilə görüşüb - Fotolar

Kamran Əliyev üç ölkənin nümayəndə heyəti ilə görüşüb - Fotolar
SİYASƏT
20:51 19.05.2025
250
Baş prokuror Kamran Əliyev, mayın 19-da, Tanzaniyanın Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskarın Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzairin Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

AZXEBER.COM xəbər verir ki, görüşlər zamanı Baş prokuror Kamran Əliyev transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE şəbəkəsinin bu yöndə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətinindən danışıblar.

 

 

 


OXŞAR XƏBƏRLƏR