Kamran Əliyev Xocavəndə yeni prokuror təyin edib

Kamran Əliyev Xocavəndə yeni prokuror təyin edib
SOSİAL
16:49 09.06.2022
281
Ağcabədi rayon prokurorunun müvavini Taleh Osmanov tutduğu vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təyinatla bağlı məlumatı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR