Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edildi

Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edildi
SİYASƏT
16:53 01.05.2025
809
Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.
OXŞAR XƏBƏRLƏR