Kamran Həsənli-Samir Piriyev qalmaqalı böyüyür - Bir nəfər saxlanıldı

Kamran Həsənli-Samir Piriyev qalmaqalı böyüyür - Bir nəfər saxlanıldı
MAQAZİN
10:31 26.08.2017
4652

Kamran Həsənli-Samir Piriyev qalmaqalında adı çəkilən Ərhan adlı Türkiyə vətəndaşı saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkə.az-a Samir Piriyevin hüquqi nümayəndəsi Ruslan Əhmədoğlu məlumat verib:

"Kamran Həsənli iddia edirdi ki, Samir Piriyev pulu guya ona yox, Ərhan adlı Türkiyə vətəndaşına verib. İstintaq zərurət yarandığı üçün bununla bağlı Türkiyə prokurorluğuna Ərhan adlı şəxsin izahatının alınması üçün beynəlxalq tapşırıq göndərib. Əslində, Kamran Həsənlinin dələduzluğu çoxdan sübut olunmuşdu. Lakin havadarları onun həbs edilməsinə icazə vermirdi. 

Ərhan adlı şəxs Turkiyədə polis tərəfindən həbs edilərək prokurorluğa gətirilib və izahatı Azərbaycan hüquq mühafizə orqanlarının verdiyi beynəlxalq tapşırığa uyğun olaraq Bakıya göndərilib. İzahatda Ərhan hər şeyi etiraf edərək bildirib ki, Kamran Həsənlinin danışdığı hər şey ağ yalandır, Samir Piriyevi cəmi bir dəfə görüb və həmin söhbətdə də mübahisələri düşüb.

 
 
 
 
 

Mübahisə zamanı Ərhan Samirə deyib ki, pulu Kamrana vermisən və ondan da istəyə bilərsən. Bu ifadəylə artıq aylardır bizim sübut eləyə bilmədiyimiz bütün hallar sübut olunur. Demək ki, Nərimanov Rayon Prokurorluğu doğrudan da düz qərar qəbul edib və faktla bağlı cinayət işi başladıb. Sonradan Ərhan Kamran Həsənliyə zəng edərək, onu bu ifadə barədə xəbərdar edib! Və ən maraqlısı ilyarımdır Türkiyə polisinin tapa bilmədiyi Ərhan adlı şəxs Kamran Həsənli və istintaqın köməkliyi ilə Bakıya gətirilir! İndi hər kəsə aydın olur ki, Kamran Həsənli bunu əvvəlcədən əlbir olduğu adamlarla necə həyata keçirib. Nərimanov Rayon Polis İdarəsində yenidən Ərhanla Samir üzləşir və üzləşmədə Ərhan deyir ki, özü bilərəkdən Türkiyədə prokurorluğuna səhv izahat verib. Guya pulu Samir Ərhana iki dəfəyə-(bir dəfə 30, bir dəfə 80 min) Türkiyədə verib. Ərhana sual verilir ki, bəs izahatında deyirsən ki, Samiri cəmi bir dəfə görmüşəm. Bəs pulu iki dəfəyə necə verdin? Cavab verir ki, "öyle söylemişimmi abi?" Əgər istintaqa beynəlxalq tapşırığın cavabı lazım idisə, bu cavab artıq istintaqda var və Kamran Həsənlinin dələduzduğunu sübut edir. Yox əgər istintaq türk həmkarlarına şübhə ilə yanaşırdısa, niyə bu beynəlxalq tapşırığı göndərirdi? Əgər yox şübhəsi yoxdursa, Ərhan Azərbaycana niyə gətirilib yenidən izahat alınır və aylardır tapılmayan bu şəxs 2 günə Bakıda tapılır! İstintaq Ərhanın Türkiyə prokurorluğuna verdiyi izahatı rəhbər tutmalıdır, Nərimanov Rayon Polis İdarəsində verdiyi ifadəni yox. Çünki Türkiyə vətəndaşı Türkiyə qanunvericiliyinə görə yalan ifadə verdiyinə görə məsuliyyəti bilib deyə, doğru izahat verib. Amma Azərbaycanda onu hər hansısa məsuliyyət gözləmir deyə, burada fərqli izahat verir! Mən Samirin hüquqşünası kimi istintaqa nə lazım idisə kömək etdim. Və haqlı olduğumuzu sübut etdik. Gerisi qaldı hüquq-mühafizə orqanlarının verəcəyi ədalətli qərara!"

Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir davam edir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”