Kanada ABŞ mallarına cavab rüsumları tətbiq etdi

Kanada ABŞ mallarına cavab rüsumları tətbiq etdi
DÜNYA
01:18 26.08.2026
147
Kanada sentyabrın 8-dən etibarən ABŞ-dən idxal olunan bəzi məhsullara ümumilikdə 27,6 milyard dollar dəyərində 15-50 faiz həcmində cavab rüsumları tətbiq edəcək.

Bu barədə Kanadanın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, tədbirlər kanadalı işçiləri, fermerləri, balıqçıları, ailələri və biznesləri qorumağa, həmçinin ABŞ-nin rüsumlarından zərər çəkən sahələrə dəstək verməyə yönəlib.

Yeni tariflərə əsasən, ABŞ istehsalı olan polad və alüminiuma tətbiq edilən rüsum 25 faizdən 50 faizə qaldırılacaq. Məişət texnikası, süd məhsulları və bəzi digər məhsullar üçün rüsum 25 faiz, elektrik cihazları üçün isə 15 faiz təşkil edəcək.

Xatırladaq ki, ABŞ və Kanada arasında ticarət danışıqlarının nəticəsiz qalmasından sonra Vaşinqton avqustun 22-dən Kanadanın təxminən 20 milyard dollar dəyərində olan bəzi mallarına 50 faizlik rüsum tətbiq etməyə başlayıb.

ABŞ Prezidenti Donald Trampın daha əvvəl verdiyi açıqlamaya görə, 2027-ci il yanvarın 1-dən Kanadadan gətirilən bütün minik və yük avtomobillərinə, avtomobil hissələrinə və polada tətbiq edilən rüsumların 50 faizə çatdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR