Kanada ABŞ-Meksika-Kanada Müqaviləsinin (USMCA) əhatə etdiyi ABŞ mallarına tətbiq etdiyi rüsumları ləğv edəcək.
Bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.
"Biz USMCA müqaviləsinin əhatə etdiyi ABŞ mallarına Kanadanın bütün rüsumlarını ləğv edəcəyik.", - Karni deyib.
O əlavə edib ki, qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Bundan başqa o Kanadanın polad, alüminium və avtomobillərə rüsumları saxlayacağını, və bu məsələləri həll etmək üçün ABŞ ilə intensiv işlədiklərini deyib.
/APA