Ötən gün "Copa America" turniri çərçivəsində keçirilən matçda Çili və Kanada yığmaları üz-üzə gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma qolsuz başa çatdıqdan sonra Kanada xallarını 4-ə yüksəldib və 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, matçdan sonra Çili Futbol Federasiyası matçın baş hakimi Vilmar Roldanın idarəçiliyini tənqid edib və vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.
Məryəm