Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
DÜNYA
18:10 23.08.2022
309
Kanadanın Baş naziri Castin Trüdo Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, siyahıya 62 fiziki şəxs və bir müdafiə sektoruna aid şirkət daxildir.

"Bu gün biz 62 şəxsə və müdafiə sektorundan bir müəssisəyə qarşı yeni sanksiyalar elan edirik", deyə Trüdo Ukrayna Prezidenti Vladimir Zelenskinin təşkil etdiyi Krım Platforması sammitində çıxışı zamanı bildirib.

O əlavə edib ki, Kanada da Ukraynanın müdafiə təşkilatlarına lazımi ləvazimatları verməklə və texniki dəstək göstərməklə əlavə yardım göstərəcək.
OXŞAR XƏBƏRLƏR