Kanada Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, deputat Barry Devolin Azərbaycan Demokratik Respublikasının (ADR) 95 illiyi münasibətilə Azərbaycan icmasını təbrik edib.
AZXEBER.COM-un məlumatına görə, təbrik məktubunda parlamentari ilk dəfə 2008-ci ildə Azərbaycana səfər etdiyini və ADR-in yaradılmasının 90 illik yubiley tədbirlərində iştirak etdiyini vurğulayıb.“Həmin vaxtdan mən müsəlman dünyasında ilk demokratik respublika olan və qadınlara seçki hüququ verən ADR-in şərəfli tarixi barədə daha çox öyrənməyə başladım”.O qeyd edib ki, bu il yenidən Kanadanın deputat qrupu ilə Bakıya gəlmək imkanı olub və paytaxtda gördükləri böyük inkişafdan təsirləniblər.Qeyd edək ki, bazar günü, mayın 26-sı, saat 02:30-da Torontoda Azərbaycan Respublika Günü münasibətilə bayraqqaldırma mərasimi keçiriləcək.