Kanadanın Manitoba əyalətində meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbə verir ki, Manitoba Baş naziri Vab Kinew mətbuata açıqlamasında "Manitoba hökuməti meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib" deyə bildirib.
Kinew, 17 mindən çox insanın təxliyəsi üçün göstəriş verdiklərini və yanğınlarla mübarizə üçün Kanada Baş naziri Mark Karnidən hərbi dəstək istədiklərini bildirib.
Manitoba ştatındakı Whiteshell əyalət parkında sürətlə yayılan meşə yanğınlarında iki nəfər həyatını itirib.
Gülay