Bütün minik avtomobillərini elektrikə çevirməyə hazırlaşan Kanada yeni qərarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kanadada 2035-dən etibarən bütün avtomobillərin tam elektrikli olması üçün addımlar atır.
Belə ki, Kanada Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən edilən yeni qaydaya görə, Kanadada 2026-cı ildən etibarən dilerlərdə satılacaq minik avtomobillərinin beşdə birinin, 2035-ci ildən isə tam elektrikli olması hədəflənir.
Elektrikli avtomobillərin 2030-cu ilə qədər Kanadada bütün avtomobil satışlarının 60 faizini təşkil edəcəyi gözlənilir. Yeni qaydalara əməl etməyən dilerlər, istehsalçılar və ya idxalçılar Kanada Ətraf Mühitin Mühafizəsi Qanununa əsasən cərimələnəcəklər.
İlin ilk altı ayında tam elektrik və hibrid avtomobillərin satışı keçən il 5.2 faiz olduğu halda, yeni qeydiyyata alınan avtomobillərin cəmi 7.2 faizini təşkil edib.
Dekabrın 30-da rəsmi olaraq dərc olunması gözlənilən qanun, hökumətin 2022-ci ilin aprelində açıqlanan emissiyaların azaldılması planına edilən ilk əsas düzəlişlərdən biri olacaq. Kanadada minik avtomobilləri bütün sənaye sahələrində yol nəqliyyatı emissiyalarının yarısını və Kanadanın ümumi emissiyalarının təxminən 1/10 hissəsini təşkil edir.
Aydın