Kanadada pandemiya bitir: Bütün ölkələrə sərhəd açıldı

Kanadada pandemiya bitir: Bütün ölkələrə sərhəd açıldı
DÜNYA
12:47 08.09.2021
811
Kanada bütün ölkələrə sərhədlərini açıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Kanada 21 mart 2020-ci il tarixində koronavirus səbəbiylə bağladığı sərhədlərini iki doza vaksin vurduran şəxslər üçün yenidən açıb.

Kanada Federal Nazirliyi tərəfindən COVİD-19 peyvəndindən iki dəfə vurduran şəxslər üçün sərhəd məhdudiyyətlərinin qaldırıldığı açıqlanıb. 

Həmçinin açıqlamada son aylarda ölkəyə gələn sərnişin sayının artdığı da bildirilib. 

Ölkəyə gələcək turistlərin yeni qaydalara diqqətlə riayət etmələri tələb olunub.

Kanada Federal Səhiyyə Nazirliyi Pfizer-BioNTech, Moderna və AstraZeneca tərəfindən hazırlanan vaksinləri vurduran şəxslər üçün 3 günlük otel və 14 günlük ev karantini olacağını bildirib.

Kanada ölkəyə gələn turistlərin ölkəyə girmədən ən az 14 gün əvvəl peyvənd vurdurmasını tələb edir.

Tam peyvəndlənmiş sərnişinlər uçuşdan ən az 72 saat əvvəl götürülmüş mənfi PCR testini də təqdim etməlidirlər.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR