Kanadanın Toronto şəhərində vəfat edən Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlovun nəşi Azərbaycana gətirilib və torpağa tapşırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Məlumata görə, nəşin Azərbaycana gətirilməsi üçün lazımi məbləğ toplanılıb.
Mərhumun nəşi Ramana qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Sadiq Adıgözəlov Torontoda yaşadığı mənzildə yatarkən gecə saatlarında ürəktutmadan vəfat etmişdi.
Oksana