Kanadalı professor Trampla bağlı dediklərinə görə linç edildi

Kanadalı professor Trampla bağlı dediklərinə görə linç edildi
DÜNYA
16:33 15.07.2024
147
Kanadalı professor Şoşanna Ceykobsun Donald Trampa qarşı sui-qəsd cəhdiylə bağlı paylaşımı sosial medianı şoka salıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Trampa hücumda iki nəfər həlak olub.
 
Ceykobs "X" platformasında "10 sm həqiqətən vacib zamandır", - deyə şərh yazıb.

2012-ci ildən məktəbdə dərs deyən professor zarafatına tənqid atəşinə tutulub. 

Bir çox sosial media istifadəçisi də Ceykobsun işəgötürənlərini etiketləyərək onun işdən çıxarılmasını istəyib.
  
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp şənbə günü Pensilvaniya ştatındakı mitinqdə 20 yaşlı Tomas Metyu Kruks tərəfindən güllələnib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR