Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib

Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib
DÜNYA
13:01 07.12.2025
89
Kanadanın şimal-qərbində 6,8 maqnitudalı zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə bazar günü 00:41-də) Yukon ərazisində, Uaythors şəhərindən 243 km cənub-qərbdə qeydə alınıb.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 7 olaraq qiymətləndirib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

"Report"
OXŞAR XƏBƏRLƏR