"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb. Bu barədə vəkil Bəhruz Bayramov məlumat yayıb. O bildirib ki, hazırda Əziz Orucovun yaşadığı evdə axtarış aparılır. Əziz Orucovun saxlanma səbəbi hələlik məlum deyil.