Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar
SOSİAL
20:45 03.08.2025
303
Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov


Fotoda: Natiq Hüseynov

 

 

 

 

OXŞAR XƏBƏRLƏR