Kanaldan meyiti tapıldı

Kanaldan meyiti tapıldı
SOSİAL
14:05 17.01.2026
473
 
Tovuz rayonunda kanaldan meyit tapılıb.

AZXEBER.COM xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Aşağı Öysüzlü kəndində su kanalında kişi meyiti aşkar edilib.

Ölən şəxsin kənd sakini 1976-cı il təvəllüdlü Çingiz Süleyman oğlu Axundov olması müəyyən edilib.

Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR