Su kanalında batan iki qardaş dəfn olundu - FOTO

Su kanalında batan iki qardaş dəfn olundu - FOTO
SOSİAL
12:44 05.09.2025
655
Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan iki nəfərin qardaş olduqları məlum olub.

Onlar Tovuz rayonunun Çilovdarlı kənd sakinləri - 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyevdır.

Onlar bu gün Tovuzda dəfn olunublar.

Qeyd edək ki, hadisə sentyabrın 1-də baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti bir gün sonra tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin meyiti isə dünən tapılıb.
 
apa

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR