Kapello: 'Ronaldo özü, Messi isə komanda üçün oynayır'

Kapello:
İDMAN
15:31 21.04.2012
1856
Müasir dövrün ən yaxşı məşqçilərindən olan Fabio Kapello Sport360.com saytına müsahibəsində İngiltərə yığması və "Barselona" - "Real" qarşıdurması ilə bağlı fikirlərini açıqlayıb. O, eləcə də tərcümeyi-halından bəzi maraqlı məqamları bölüşüb. İşləməyə hazıram "Əgər layiqli təklif daxil olsa, niyədə yox?", - Kapello məşqçilik karyerasının mümkün bərpası ilə bağlı sualı cavablandırır. Və dərhal İngiltərə yığması ilə ayrılmasından və bu komandanın "sükanı arxasında" necə işlədiyindən danışır. - Qeyd olunan öhdəliklər üzündən İngiltərə yığması ilə bağlanmış müqavilənin ləğvi ilə bağlı ətraflı şəkildə danışa bilmərəm. Lakin çox gözəl komanda ilə birgə keçirdiyim ən fantastik 4 il idi. DÇ-2010-a düşdük. Yığmada çoxlu gənclər oynayırdı və onların İngiltərə futbolunun gələcəyi olduğuna əminəm. Bu komandanın baş məşqçi postunu tutacaq ardıcılımın bəxtinin daha çox gətirəcəyinə ümid edirəm. "Real" "Barselona"ya qarşı - "Real"ı iki dəfə çalışdırmışam, bununla belə, tamamilə fərqli iki dövr olub. İki dəfə də madridlilərlə çempion titulunu qazanmışam. Madridi, "Real" azarkeşlərini sevirəm, eyni zamanda "Barselona"ya da hörmətlə yanaşıram. Xosep Qvardiola xoşuma gəlir. Hər iki klub Çempionlar Liqasının yarımfinalında oynayır və finalda görüşsələr, çox maraqlı olacaq. "Real" indi əvvəlkindən güclüdü və "Barsa"nın səviyyəsinə çox yaxındı. Joze Mourinyo katalonlara qalib gəlmək üçün nə etmək lazım olduğunu bilir. Bu iki klub indi planetdəki digər klublardan güclüdü. Hansısa komandalar güclərinə görə bir-birlərinə yaxın ola bilərlər, lakin "Real" və "Barselona" hamısından yüksəkdədi. "Barsa" və "Real"ın futbola təsiri və əhəmiyyəti çox böyükdü, lakin oyun üslubları tamamilə fərqlidi. Liderlərinin üslubları kimi - Lionel Messi və Kriştianu Ronaldo. Ronaldo Messiyə qarşı - Hərçənd oyun üslubları fərqli olsa da, hər ikisi ən yaxşı futbolçu olmağa göstərdikləri cəhdlə bir-birinə oxşayır. Həm Messi, həm də Ronaldo həmişə qapıya doğru yönəlir, həmişə qol vurmaq və komandalarının qalib gəlməsinə kömək etmək istəyirlər. Və bu, çox vacibdi. Fikrimcə, Messi daha bacarıqlıdı, onun ötürmələri və komanda yoldaşları ilə qarşılıqlı əlaqəsi çox gözəldi. Lakin Ronaldo fiziki cəhətdən güclüdü və daha cəlddi. Uzaq zərbələri isə sadəcə, inanılmaz bir şeydi. Kriştianu daha çox özü üçün oynayır, qolları özü üçün vurur, Leo isə hər halda komanda üçün oynayır. Rəsm həvəskarı Fabio Kapellonun rəsm kolleksiyası 10 milyon funt qiymətləndirilir. İtaliyalı şəkili kinofilmlərdən daha çox sevir. - 23 yaşım olanda şəkil toplamağa başladım. Onda "Yuventus"da çıxış edirdim. Ovaxtdan bəri daha bir neçə rəsm əsəri əldə etmişəm. Müasir incəsənətin müxtəlif formaları xoşuma gəlir, çünki onlardan başım çıxır. Kinonu sevmirəm, şəkillər isə başqa məsələdi. Kapellonun mətbəx marağı - Yeməyi sevirəm. Hər dəfə başqa ölkədə olanda, bilavasitə yerli yeməklərin dadına baxıram. İtaliyada əsasən ənənəvi yeməklərlə qidalanıram. Çünki həyat yoldaşım Laura çox yaxşı hazırlayır. Doğma mətbəximdən başqa, yapon və ərəb mətbəxi xoşuma gəlir. Ümumiyyətlə, dadlı yeməkləri sevirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
16:40 13.05.2025
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
16:29 13.05.2025
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
16:29 13.05.2025
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
16:27 13.05.2025
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
16:05 13.05.2025
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
15:58 13.05.2025
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
Magistratura imtahanının nəticələri açıqlandı
15:55 13.05.2025
Magistratura imtahanının nəticələri açıqlandı
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi