Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi - FOTO

İQTİSADİYYAT
10:44 02.12.2019
2160
Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq "DevDay in Baku’19” tədbirini təşkil etdi. Layihə İT sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib. Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində çıxış edib və təcrübəsi ilə bölüşüb.

AZXEBER.COM xəbər verir ki, tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar. 

Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar "Development”, "Microservices” və "Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər. 

"Hazırda Kapital Bank-da İT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq yaratmaq məqsədilə tələbələri İT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla bildirib.

Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Təcrübə” yazmaqla  [email protected] ünvanına göndərə bilərlər.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:01 26.05.2020

Azərbaycanlı deputatlardan toy və yaslarla bağlı - AÇIQLAMA

15:49 26.05.2020

“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

15:31 26.05.2020

Çimərliklərlə bağlı göstərişlər təsdiqləndi

15:05 26.05.2020

Yayda Türkiyədə çimərliklər belə fəaliyyət göstərəcək: “Əlcək, maska ...”

14:52 26.05.2020

Milli Məclisin deputatları nə qədər maaş alır? - Məbləğ açıqlandı

14:47 26.05.2020

Şamaxı rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlandı

14:40 26.05.2020

Qənirə Paşayevanın təşəbbüsü ilə müharibə əlil və veteranlarına bayram sovqatı verildi

14:22 26.05.2020

Azərbaycanda komendant saatı tətbiq edilir? – Baş infeksionist danışdı

14:16 26.05.2020

Yasda iştirak edən 163 nəfər koronavirusa yoluxdu

14:01 26.05.2020

Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum oldu

13:49 26.05.2020

ATV əməkdaşlarının koronavirus testinin nəticələri açıqlandı

13:02 26.05.2020

Bu il Həcc ziyarəti ləğv oluna bilər? - QMİ-dən AÇIQLAMA

12:59 26.05.2020

5 nəfərin öldüyü qəzanın səbəbi açıqlandı - Rəsmi

12:19 26.05.2020

Azərbaycanda vəhşilik: Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər

12:06 26.05.2020

ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət

11:47 26.05.2020

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO