Kapital Bank beynəlxalq layihənin tərəfdaşı oldu

Kapital Bank beynəlxalq layihənin tərəfdaşı oldu
İQTİSADİYYAT
14:47 05.10.2023
400

Ölkənin birinci bankı Kapital Bank Azərbaycanda "A-hub Akselerasiya Proqramı”nın tərəfdaşı oldu.

 

AZXEBER.COM xəbər verir ki, mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə keçirilən layihənin açılış mərasimi baş tutdu.


2021-ci ildən etibarən ICESCO-nun üzvü olan ölkələrdə keçirilən layihə innovativ inkişaf sahəsində təşəbbüslərin, biznes subyektlərinin dəstəklənməsi, gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.

Açılışda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin məqsədini yüksək dəyərləndirərək proqram iştirakçılarına uğurlar arzuladılar. Kapital Bank-ın Marketinq İdarəsinin Birbank sahəsinin lideri Zakir Xanməmmadov çıxışında bu kimi təşəbbüslərin və startap layihələrin gənclərə yeni imkanlar yaratdığını və onlarda innovativ düşüncə tərzi formalaşdırdığını qeyd etdi. "Kapital Bank olaraq biz hər zaman motivasiyalı, təşəbbüskar və istedadlı gənclərə dəstək göstəririk. Məhz bu səbəbdən gənc nəslə maraqlı olan müxtəlif layihələrdə tərəfdaş kimi çıxış edirik. Əminəm ki, "A-hub” proqramı yerli startap ekosisteminin inkişafına böyük töhfə verəcək”.


Qeyd edək ki, 2023-cü ildə proqrama qoşulmaq üçün Bakı, Sumqayıt və Gəncə şəhərlərindən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA