Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq

İQTİSADİYYAT
15:21 07.11.2024
390

Ölkənin birinci bankı Kapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.

Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişaf etdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib. "Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirmək məqsədi daşıyır”.

Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib. "Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarının təbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir”.

Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün —https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir