Kapital Bank-da Müstəqillik Günü qeyd edildi - FOTOLAR

Kapital Bank-da Müstəqillik Günü qeyd edildi - FOTOLAR
İQTİSADİYYAT
15:50 31.05.2022
399

Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi komanda quruculuğu tədbiri keçirilib.

 

AZXEBER.COM xəbər verir ki, bir qayda olaraq hər il keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə "BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer alıb.


 

Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub. Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz təamlarından dadaraq milli musiqi ansamblının ifalarını dinləyiblər.


 

Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb, habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.


 

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun inkişafına müsbət təsir göstərir.


 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib