Kapital Bank-dan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir

İQTİSADİYYAT
15:38 31.10.2024
265

Ölkənin birinci bankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüd proqramına start verib. Proqram ötən gün Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək.


Qızların təhsil imkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyinin gücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.


Tədbirdə çıxış edən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, bu kadrlar arasında qızların olması olduqca qürurvericidir: "Qızların təhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki, bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var. Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizin yanınızda olmaqdan məmnunuq”.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında bu əməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: "Dövlət və özəl sektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. 2021-ci ildən başlayaraq qızların təhsilinə dəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasında xüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onların gələcək uğurlarına vəsilə olacaq”.


Qeyd edək ki, "Arzumuz var” sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilk mərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək.

Kapital Bank və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan bu tərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün —https://kbl.az/prcrc.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir