Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir - FOTO

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir - FOTO
İQTİSADİYYAT
10:28 23.10.2018
2921
Kapital Bank 22-25 oktyabr tarixlərində Sidneydə keçirilən ənənəvi SIBOS – 2018 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. 

AZXEBER.COM xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu il, Kapital Bank, PASHA Bank ilə birgə eyni stenddə təmsil olunur. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən 4 əsas istiqaməti əhatə edir: süni intellekt və robotlaşdırma vasitəsilə biznes modelin yenilənməsi, maliyyə cinayətlərini həll etmək üçün yeni paradiqmalar və texnologiyalar, rəqəmsal iqtisadiyyatda genişlənən kiber təhlükəsizlik problemləri və yeni geosiyasi vəziyyətlərə uyğunlaşma.

"Bu ilki tədbirin sessiyaları, seminarları "Rəqəmsal iqtisadiyyatın aktivləşdirilməsi” mövzusu çərçivəsində təşkil olunub. Mütəxəssislər maliyyə sektorunda baş verən dəyişikliklər, müasir texnologiyalar, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr edirlər. Biz də Kapital Bank olaraq proqram çərçivəsində bizə ayrılan sessiyada layihələrimiz barədə dünyanın müxtəlif ölkələrindən gələn tədbir iştirakçılarına məlumat verdik. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Kapital Bank BAFT-ın 10-cu Qlobal Şuraların Forumunda da (Global Councils Forum) iştirak edib. Bu forum bazar təcrübələrinin formalaşmasına, sənayedə yeni imkanların inkişaf etdirilməsinə, habelə qlobal maliyyə sisteminin təhlükəsizliyi və etibarlılığına dair təlimlərin təmin olunmasına həsr olunub.

Həmçinin SWIFT-ın nümayəndələri ilə də görüş keçirən Kapital Bank nümayəndələri, gələcək əməkdaşlığın genişləndirilməsi barədə ətraflı müzakirələr aparıb. Səfər çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda çıxış edib. Məlumat üçün bildirək ki, Kapital Bank həm Azərbaycanda, həm də regionda SWIFT gpi xidmətinə qoşulan yeganə bankdır.
 

 



Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda qidadan zəhərlənənlərin sayı 26-ya çatıb
22:05 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 26-ya çatıb
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
21:37 25.06.2025
İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
21:18 25.06.2025
Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
21:06 25.06.2025
Tovuzda dönərdən kütləvi zəhərlənmə olub
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"