Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
İQTİSADİYYAT
15:34 19.10.2026
164

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihənin nəticəsində ildə təxminən 50 000 kubmetr təbii qaza qənaət edilməsi və 100 ton karbon emissiyasının qarşısının alınması gözlənilir.

Layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur. Gözlənilən nəticələr enerji resurslarından daha səmərəli istifadəyə və ətraf mühitə təsirin azaldılmasına töhfə verəcək.

İlk layihənin maliyyələşdirilməsi Kapital Bank və EMTA arasında imzalanmış əməkdaşlıq müqaviləsinin praktik mərhələyə keçdiyini göstərir. Müqavilə Enerji effektivliyi fondunun vəsaiti hesabına enerji effektivliyi tədbirlərinin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Fondun vəsaiti hesabına maliyyələşdirilən ilk layihə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Kapital Bank yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bank sahibkarların yaşıl layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi təşəbbüsləri də dəstəkləyir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR