Kapital Bank “Euromoney” beynəlxalq forumunda iştirak etdi

Kapital Bank “Euromoney” beynəlxalq forumunda iştirak etdi
İQTİSADİYYAT
13:43 18.01.2024
355
Hər il ənənəvi olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı beynəlxalq banklarının, maliyyə, biznes və dövlət sektorunun, eləcədədövlət tənzimləyici orqanlarının nümayəndələrinin çıxışları və iştirakı ilə yadda qalan "The Euromoney CEE Forum”-u hər il olduğu kimi bu il də Avstriyanın paytaxtı Vyana şəhərində keçirildi.

AZXEBER.COM xəbər verir ki, forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, Komplayens Departamentinin direktoru Almaz Musayeva və bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil edib.

2024-cü ilin əsas maliyyə trendlərinin müəyyən edildiyi forumu çıxış nitqi ilə forumun rəsmisi Francesca Cockcroft açıb. Daha sonra Avropa İnvestisiya Fondunun rəhbəri Roger Havenith və Avstriya Bank qrupu olan Raiffeisen Bank International-ın Baş Maliyyə direktoru Sabine Abfalter əsas spiker olaraq çıxış ediblər. Spikerlərin çıxışında Mərkəzi və Şərqi Avropa regionlarında hazırki iqtisadi vəziyyət, investisiya sahələrinin genişləndirilməsi, bank sektorunun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi və unikal həll yollarının təqdimatı yer alıb.

Vurğulanıb ki, dünyanın maliyyə trendləri qloballaşan texnoloji inkişaf standardları ilə eyni sürətdə yenilənərək, dəyişir. Kapital Bank olaraq öncəliyimiz bu dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərimizə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, eləcə də Avropa və Şərqi Avropa banklarının 20-yə yaxın nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Qeyd etmək lazımdır ki, 29 ildir ki, Mərkəzi və Şərqi Avropa, eləcədə onun hüdudlarından kənarda olan 1000-dən çox dövlət, özəl, bank və investisiya sektoru liderlərini bir araya gətirən forum Avropada keçirilən ən böyük tədbirlərdən biridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir