Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu

Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
İQTİSADİYYAT
11:23 26.11.2020
733
Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. 
 
AZXEBER.COM xəbər verir ki, hesab açmaqla yanaşı, "ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və s.) "ASAN İmza” əldə edə bilərlər.

Hələlik bu xidməti Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirmək mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Azerfon (Nar) mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, "ASAN İmza” sahibi olan müştərilər, müxtəlif əməliyyatlarını İnternet üzərindən həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən məsafədən bankçılıq xidmətinin üstünlüklərindən faydalanaraq bank əməliyyatlarını rahatlıqla  icra edə bilərlər.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
14:20 21.10.2026
Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı!
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
14:07 21.10.2026
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb