Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı

Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı
İQTİSADİYYAT
12:27 05.10.2023
732

Ölkənin birinci bankı Kapital Bank-ın "SUP.VC” şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri "Data workshop” mərhələsinə qeydiyyat başlayıb.

 

AZXEBER.COM xəbər verir ki, iki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazaları ilə bağlı 4 müxtəlif mövzuda vörkşop keçiriləcək. Vörkşopda iştirakçılara real biznes tapşırıqları veriləcək, tapşırıqlar üzərində müzakirələr, analizlər aparılacaq və həll yolları təqdim ediləcək.


Tədbirin ilk günü, 16 oktyabr tarixində ekspert "Infortius Bilisim” konsultasiya şirkətinin təsisçisi Özer Günal olacaq. O, "Garanti BBVA” bankı kimi bankçılıq, sığorta, tibbi maliyyə və e-ticarət sektorunda böyük məlumatların idarə edilməsi, yönləndirilməsi üzrə beynəlxalq təcrübəyə sahibdir.

Data texnologiyaları sahəsindəki ən son yeniliklər isə Kapital Bank-ın Data menecment idarəsinin data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyevlə müzakirə ediləcək. O, texnoloji səyahətinə "Moskva Sillikon Vadisi Skolkovo” da innovativ startapda başlayıb. Ölkəmizdə bir neçə böyük şirkətin komandasında yer alıb. IBM-də fəaliyyəti zamanı bir çox transformasiya layihələrinə rəhbərlik edib. Paşa Bank, Sber Bank, Unikredi Bank və Aeroflot kimi tanınmış şirkətlər üçün konsaltinq xidməti göstərib.

 

Tədbirin ikinci günü 17 oktyabr tarixində isə beynəlxalq ekspert "Venom Analitiks” şirkətinin rəhbəri Bora Sezen olacaq. O, "KOÇ Group”, "Tanı” CRM firmalarında dataların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb. Pərakəndə, maliyyə, enerji sektorunda böyük məlumatların idarə olunması üzrə geniş təcrübəsi olan Bora Sezen iştirakçılarla "Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi” mövzusunda biliklərini paylaşacaq.

 

"Verilənlərin səyahətini necə izləməli və anlamalı” mövzusunda isə ekspert Mahir M.Quluzadədir. Bu sahədə 20 ildən çox təcrübəyə malik həmyerlimiz "Oracle Open World” (ABŞ), "UKOUG Tech 2018 -2019” (Böyük Britaniya), "DOAG 2018” (Almaniya) kimi beynəlxalq texnologiya konfranslarında verilənlər bazası sahəsində müxtəlif mövzularda çıxışları ilə yadda qalıb. 2015-ci ildə "Oracle” şirkəti tərəfindən "Oracle ACE” mükafatına layiq görülüb. 2019-cu ildə işində göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən "Tərəqqi Medalı” ilə təltif olunub. Hazırda Mərkəzi Bankda verilənlər bazası administratorları komanda lideri və böyük-mühəndis proqramçı kimi fəliyyətini davam etdirir.

 

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://dataevents.az. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.


Ünvan: Holiday Inn Baku (Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi)


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün —https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün —https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı