Kapital Bank-ın növbəti “Data Talks” tədbiri yekunlaşdı

Kapital Bank-ın növbəti “Data Talks” tədbiri yekunlaşdı
İQTİSADİYYAT
15:26 22.12.2023
684

Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir.

AZXEBER.COM xəbər verir ki, il sonunadək davam edəcək layihənin "Data talk” formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər.

Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması” və "Risk modellərinin idarə edilməsi” kimi müxtəlif mövzular müzakirə edildi.

Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bank-ın Analitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq "Neuroil” şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini "Unibank”da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir.

"PAŞA Sığorta”nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına "Azərsun Holdinq”də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini "PAŞA Sığorta” da davam etdirir.

Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib