Xəbər verdiyimiz kimi, "Kapital Bank” ASC nağd pul krediti götürən müştərilər üçün ənənəvi "Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.
14 aprel tarixində lotereyanın 1-ci tirajı keçirilib və 10 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub –
Lotereya aksiyası hələ də davam edir. 21 aprel, 28 aprel və 5 may 2022-ci il tarixlərində keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişini bank həyata keçirəcək. 12 may 2022-ci il tarixində keçiriləcək son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 manat AZN olmaqla bütün kredit məbləğini "Kapital Bank” ödəyəcək. Lotereyada iştirakınızı yoxlamaq üçün –
Əmək haqqını "Kapital Bank” və yaxud digər banklardan alanlar 30 000 manata qədər nağd pul kreditini maksimum 60 ay qədər ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün
Ölkənin I bankı olan "Kapital Bank” "PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün