Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq

İQTİSADİYYAT
11:26 13.01.2020
4991
Kapital Bank ölkədə kiçik və orta sahibkarlığın inkişafına daim dəstək göstərir və mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
 
AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, bank növbəti tədbirin rəsmi tərəfdaşı kimi çıxış edəcək. Belə ki, 20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə keçirilən "Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol” MMC-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:56 14.07.2020

Ombudsman ermənilərin silahlı hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib - Foto

18:39 14.07.2020

İnformasiya müharibəsinə adekvat cavab verməyin 5 üsulu

18:33 14.07.2020

Ermənistan ordusunun daha iki hərbçisi məhv edildi

18:14 14.07.2020

Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO

17:45 14.07.2020

Xəzər İbrahim: “Minsk Qrupunun sadəcə bir üzvünün yanımızda olduğunu gördük” - VİDEO

17:36 14.07.2020

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

17:28 14.07.2020

Ermənilər 76 yaşlı kişini bu evdə öldürüb - VİDEO

17:16 14.07.2020

Şəhid mayor Namiq Əhmədov dəfn olundu

16:59 14.07.2020

Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı - ANBAAN VİDEO

16:58 14.07.2020

"Qarabağı ermənilərdən almanın zamanı gəlib" – Türkiyədən Azərbaycana daha bir dəstək

16:55 14.07.2020

"Semaşko"nun direktoru işdən çıxdı - YENİ TƏYİNAT

16:44 14.07.2020

Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi

16:38 14.07.2020

Ombudsman Səbinə Əliyeva Tovuzun Ağdam kəndinə getdi

16:38 14.07.2020

Ukrayna səfiri Kiyevin Azərbaycanı dəstəkləyən bəyanatından sonra Ermənistan XİN-ə çağırılıb

16:31 14.07.2020

Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

16:25 14.07.2020

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır