Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi
İQTİSADİYYAT
17:31 02.06.2025
913
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.
"Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb. Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.
Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə "Böyük Qayıdış: Çağırışlar və imkanlar” mövzusunda baş tutub. Paneldə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf, təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
İkinci panel isə "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, "Ən böyük istəyimiz odur ki, Qarabağ Universitetindən məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi də bölüşməyə daim hazırıq”.
Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini həyata keçirir. Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik