“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi
İQTİSADİYYAT
12:34 14.02.2025
791

İqtisadiyyat Nazirliyində "Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. "Kapital Bank” "Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikata layiq görülüb.

Qeyd edilib ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.

Ölkənin aparıcı maliyyə institutlarından biri olan "Kapital Bank” uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.

Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.

"Kapital Bank” Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda "Kapital Bank "Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan "Kapital Bank” 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, "Kapital Bank” dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Ətraflı məlumat üçün: https://kapitalbank.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir