Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı

Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı
İQTİSADİYYAT
10:19 22.10.2019
4573
Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir. Qlobal şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. Kapital Bank da yerli bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq, EVAM Streaming Analytics platformasını tətbiq etməyə başlayıb.

Bankdan AZXEBER.COM-a verilən məlumata görə, sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar atmağa imkan verir.

Kapital Bank-ın Baş Marketinq İnzibatçısı Samir Məmmədovun dediyinə görə indiyə qədər müştərilər kütləvi mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra müştərilər yalnız onlara uyğun olan məlumatı alacaqlar. Belə ki, müştəri kartla və ya BirBank mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla da individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub. 

"Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər gerçək zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3 dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə BirBank-a daxil olub kartın PIN şifrəsini yeniləyərək, blokdan çıxarılması haqqında SMS və ya BirBank vasitəsilə bildiriş göndərilir. Və ya başqa bir misal çəkim. Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə bildiriş alır”, - deyə Samir Məmmədov bildirib.

"Bildiyiniz kimi 430 000-ə yaxın istifadəçisi olan BirKart taksit kartının ölkə üzrə 3 000-ə qədər partnyoru vardır. Və bu partnyorlarda alış-veriş edərkən müştəri əlavə faiz və ya komissiya ödəmir. Ola bilər ki, müştəri alış-veriş etdiyi hər hansı bir mağazanın BirKart-ın partnyorlar siyahısında olduğunu bilmir və orada BirKart vasitəsilə sadəcə nağdsız ödəniş edir. Bu zaman dərhal müştəri mağazanın BirKart partnyoru olması və məhsulu faizsiz  taksitlə alaraq, dəyərini müvafiq olaraq 18 ayadək müddətə bərabər hissələrlə ödəyə biləcəyi barədə bildiriş alır. Bundan başqa BirBank vasitəsilə bonus ürəklər toplayan müştərilər, ürək balansları hansısa bir hədiyyəyə dəyişə biləcəkləri miqdara çatdığı anda, həmin hədiyyələr haqda bildirişlər alacaqlar”, - deyə S. Məmmədov qeyd etdi.

Hazırda Kapital Bank-da bu tipli innovativ layihələr çoxdur. Layihələri gerçəkləşdirmək üçün həvəsli və daima öz üzərində işləyən İT və Data Analitiklər üçün vakansiyalar mövcuddur. Maraqlanan şəxslər öz CV-lərini və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO