Kapital Bank Sberbank ilə əməkdaşlığı genişləndirir

Kapital Bank Sberbank ilə əməkdaşlığı genişləndirir
İQTİSADİYYAT
13:01 07.07.2021
506
Kapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə əməkdaşlıq çərçivəsində Sberbank tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.

AZXEBER.COM xəbər verir ki, hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. 

Bu üsulla maksimum məbləği sutka ərzində 150 000 Rusiya rublu civarında olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. Sberbank-ın mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaq.
OXŞAR XƏBƏRLƏR