Kapital Bank Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı

Kapital Bank Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı
İQTİSADİYYAT
10:20 09.08.2024
505

Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb.

AZXEBER.COM ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb.

Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və "Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.

Memoranduma əsasən tələbələrə yeni "Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı gözləntilər olduqca böyükdür.

Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: "Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək həmkarımız kimi dəyərləndiririk”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın  tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.

Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb. 

Qeyd edək ki, "Tələbə+” kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli