Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi
İQTİSADİYYAT
14:14 24.07.2020
1311
Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər.

AZXEBER.COM xəbər verir ki, şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında "Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
13:53 27.08.2026
Ermənistan Ukrayna üçün dron istehsal edəcək
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
13:46 27.08.2026
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
13:38 27.08.2026
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirməklə hədələyib
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
13:33 27.08.2026
Paşinyan: Ktriç Nersisyan “yeni inqilab” üçün kəndlərə nümayəndələr göndərir
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
13:27 27.08.2026
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
13:23 27.08.2026
Paşinyan: Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
13:17 27.08.2026
Zelenski: Rusiya Poltava, Sumi və Xersonu vurub
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
13:13 27.08.2026
“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı - Rəsmi
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
13:09 27.08.2026
Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi -  "Uğurun əsas səbəblərindən biri..."
13:05 27.08.2026
Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksəldi - "Uğurun əsas səbəblərindən biri..."
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
12:55 27.08.2026
Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
12:48 27.08.2026
Yunanıstanda Qərbi Nil virusu yayılır: 6 nəfər ölüb
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
12:47 27.08.2026
Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab
Sabahdan universitetlərə qeydiyyat başlayır
12:38 27.08.2026
Sabahdan universitetlərə qeydiyyat başlayır
DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub
12:26 27.08.2026
DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub
Ət tikəsi boğazında qaldı, bıçağa əl atdı – Professordan xəbərdarlıq
12:21 27.08.2026
Ət tikəsi boğazında qaldı, bıçağa əl atdı – Professordan xəbərdarlıq