Kapital Bank “TIME” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Kapital Bank “TIME” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb
İQTİSADİYYAT
15:41 14.01.2025
583

Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan "TIME” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.

Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. "Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq”. O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.

Eyni zamanda gələcəyə baxışla bağlı danışan Hüseynov, Kapital Bank-ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.

Məqaləni oxumaq üçün: https://time.com/partnercontent/

Qeyd edək ki, 1923-cü ildən nəşr olunan "TIME” jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə "İlin Adamı” seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib