Kapital Bank Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü

Kapital Bank Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü
İQTİSADİYYAT
15:10 27.05.2025
336

Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir.

Tələbələr üçün nəzərdə tutulan "TələbəPlus” kartı həm gündəlik ehtiyacları qarşılayan, həm də endirim və üstünlüklər təqdim edən unikal bir məhsul kimi qiymətləndirilib. Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sayəsində tələbələr nəinki alış-veriş zamanı xüsusi güzəştlərdən yararlanır, həm də universitetlərə giriş-çıxış, təqaüd köçürmələri kimi funksiyaları bir kartda birləşdirən innovativ yanaşmadan faydalanırlar. Məhz bu çoxfunksiyalı və praktiki həllə görə layihə Visa tərəfindən "Launch of TələbəPlus” mükafatına layiq görülüb.

Qadın sahibkarlığının dəstəklənməsi məqsədi daşıyan She’s Next təşəbbüsü çərçivəsində bankın fəaliyyəti də yüksək qiymətləndirilib. Bank yerli qadın bizneslərinin inkişafına, onların maliyyə savadlılığının artırılmasına və davamlı dəstək göstərilməsinə verdiyi töhfəyə görə "Launch of She’s Next Project” mükafatı ilə təltif edilib.

Kapital Bank həmçinin əməkhaqqı layihələrinin rəqəmsallaşdırılması sahəsində təqdim etdiyi "Bir Ecosystem Salary” həlli ilə fərqlənərək, "Bir Ecosystem Salary” mükafatını qazanıb. Qeyd edək ki, bu layihə əməkhaqqı ödənişlərini daha şəffaf, sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

Visa tərəfindən dəyərləndirilən digər uğurlu layihə isə fərdi müştərilər üçün təqdim olunan "Visa Infinite Miles Dark” kartı olub. "Launch of Visa Infinite Miles Dark” mükafatının qalibi olan kart istifadəçilərə ödəniş etdikcə millər toplamaq imkanı yaradır və həmin milləri yalnız aviabiletlərə deyil, həm də PASHA Travel vasitəsilə fast track xidmətləri, həmçinin viza dəstəyi, tur paketləri, avtomobil icarəsi, otel rezervasiyası və CIP/VIP zallarına giriş kimi müxtəlif səyahət məhsullarına dəyişmək imkanı təqdim edir. Bu yanaşma müştərilərə daha çevik və geniş səyahət təcrübəsi qazandırır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
21:03 27.05.2025
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib