İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.