“Kapital Bank”ın xalis mənfəəti 56 % artıb

İQTİSADİYYAT
14:31 19.10.2022
287

Kapital Bank-ın aktivləri 1 oktyabr 2022-ci il tarixinə 7,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

 

AZXEBER.COM xəbər verir ki, Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2022-ci il tarixinə 6,2 milyard manat olub.

 

Bankın 1 oktyabr 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

 

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 


 


 


 


 


 

OXŞAR XƏBƏRLƏR